Əməkdar artist Mətanət İsgəndərli həmkarı Elza Seyidcahanın ondan küsdüyünü demişdi.
Mynews.az axşam.az-a istinadən xəbər verir ki, açıqlamasında Elzanı qınayan Mətanət onun toydan küsüb getməsini düzgün hesab etməyib.
Seyidcahan əməkdaşımızla söhbətində məsələyə aydınlıq gətirib. Müğənni İsgəndərlinin onu günahkar çıxarmasına qəzəbləndiyini gizlətməyib:
"Bu söz-söhbətin mediada işıqlanmasını istəməzdim. Açıqlamanı Mətanət yox, mən verməli idim. İnciyən tərəf mən olsam da, heç küsülülüyümü bildirməmişəm. Mətanət xanım elə danışıb ki, günahkar mən olmuşam. Toyda bacı-bacıdan da inciyər, mən də diqqətsiz qalmışdım. Belə şeylərdə kompleks keçirən, aciz olan deyiləm. Xalqıma məxsus toy və şər işlərdə olmaq borcumdur. Elə müğənnilər var ki, kompleks keçirirlər. Toya gəlməzdən əvvəl zəng vururlar ki, məni yaxşı qarşıla, filankəslə otuzdur. Hətta övladımın toyunda mənə bunun üçün zəng edən xalq artisti də olmuşdu. Mətanətdən bunu istəməmişəm ki... Mətanət məni elə qələmə verdi ki, mümkünsüzü istəyən, mərifətsiz, düşüncəsiz, qanacaqsız kimi göründüm. Bunu olduğu kimi danışsam, görərsiniz günah ondadır. Mətanətin xasiyyəti elə budur, ancaq özünü fikirləşir".
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub