Oxu.Az “O Səs Türkiyə”nin qalibi, müğənni Elnur Hüseynovun müsahibəsini təqdim edir.
– Elnur bəy, sizi yenidən vətəndə xoş gördük. Deyəsən, daha çox Türkiyədə olursunuz...
– Həm Türkiyədə, həm də Bakıda yaşayıram. Azərbaycana işlərim olduqca gəlirəm. İstanbulda yaşamaq mənim üçün rahatdır. Oranın insanlarını sevirəm.
– “Acun medya” ilə müqaviləniz bitib?
– Bəli, “Acun medya” ilə müqaviləm 2016-cı ildə bitib. Başqa bir şirkətlə müqaviləm var. Onların qaydalarına uyğun hərəkət edirəm.
– “Vibration” klipinizdə gey və lezbiyan cütlüklərin ehtiraslı səhnələri səs-küyə səbəb oldu...
– İnsanların reaksiyası mənə maraqlı deyil. Çalışıram ki, keyfiyyətli işlər görüm. Kim necə qəbul edir, vecimə deyil. Özüm üçün yaşayıram, öz dünyam var. Başqalarının fikrini önəmsəmirəm.
– Gəlirləriniz sizi qane edir?
– Gəlirimin nə qədər olması mənim üçün önəmli deyil. Əsas odur ki, evdə qazanım qaynasın və bir parça çörəyə möhtac olmayım. Evimdə itimlə, pişiyimlə və iquanamla rahat həyat yaşayıram. Bu, mənim üçün yetərlidir.
– Belə çıxır ki, gələcəklə bağlı planlar qurub, pul yığmırsınız...
– Fikirlərim adi insanların düşüncəsi kimi deyil. Ev alım, maşın alım kimi fikirlərlə yaşamıram. İstəyirəm müsbət yöndə hərəkət edib, pozitiv şeylər yaşayım.
– Builki “Eurovision” təmsilçimiz Aysel Məmmədova barədə nə deyə bilərsiniz?
– Ayseli çox sevirəm, ona bir neçə dəfə qulaq asmışam. İstedadlıdır. Bir musiqiçi kimi onun qarşısında baş əyirəm.
– Sonuncu dəfə Fidan Hüseynova ilə “Say Hallelujah” duetiniz işıq üzü gördü. Yeni duetlər gözləyəkmi?
– Bütün müğənnilərlə duet oxumaq istəyirəm. Buna Fidanla başlayıram. Bütün telekanallarda deyirlər ki, müğənnilər bir-birini qırır. Mən də hamıya duet təklif edib, mehriban olduğumuzu göstərmək istəyirəm. Bundan sonra dayanmaq niyyətim yoxdur.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub