"Çətindir, çox əziyyət çəkirəm. Səhər efirdəyəm, bir də axşam. Gün ərzində cəmi iki saat yuxu yatıram".
Mynews.az xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında aparıcı Könül Muxtarova deyib. "Lider" telekanalının aparıcısı son günlər çox çalışdığını, dostlarından belə uzaqlaşdığını söyləyib:
"İşimin çox olması bir yandan yaxşıdır. Hamıdan uzaq olmuşam. Şou-biznesdən də, başqa sahədən olan dostlarımdan aralanmışam. İşimdən sonra ancaq qızıma vaxt ayırıram. Gün ərzində danışdığım təkcə həmkarım Arzu Həmzəyevadır".
Könül iki proqram aparmasını qınayan dostlarının olduğunu bildirib:
"Paxıllığımı o qədər çəkirlər ki... Deyirlər, kanal başqa aparıcı tapmır? Səhər də efirdədir, axşam da. Amma tamaşaçılardan aldığım mesajlardan görürəm ki, məni necə sevir".
Aparıcı bir müddət əvvəl səhhətində problem yarandığını etiraf edib:
"Bir ara səhhətimdə ciddi problem yarandı. Həkimlər nə olduğunu bilmirdilər. Hətta xaricə müalicəyə gedirdim, amma alınmadı. İndi yaxşıyam. Amma enerji mənbəyi istəyirəm, çünki tükənmək üzərədir".
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub