Prodüser Tarix Əliyevin (Tolik) əməkdar artist Röyanı söyməsi, eyni zamanda çəkiliş meydanında səsləndirdiyi təhqiramiz ifadələrin sosial şəbəkədə yayılması cəmiyyətdə müzakirə mövzusu olub.
Yenicag.az-ın əldə etdiyi məlumata görə, yayılan söyüşdolu video telekanalda da narazılıqla qarşılanıb. Videogörüntülərin yayımından sonra müəyyən olunub ki, görüntülər telefonla deyil, fotokamera ilə lentə alınıb. Özü də konkret olaraq bir neçə deyil, bir proqramda çəkildiyi aşkarlanıb.
Hadisədə şübhəli bilinən “Hər şey daxil” verilişinin montajçısı və redaktoru işdən qovulub.
Mənbənin saytımıza verdiyi məlumata görə, əvvəlcə həmin şəxslərdən görüntüləri sosial şəbəkələrə ötürən şəxsin kimliyini açıqlamaqları tələb edilib . Onlar bu barədə məlumatsız olduqlarını deyiblər. Nəticədə sözügedən şəxslər işdən qovulub. Gecə montajçısı isə sonradan işə qaytarılıb. Telekanal hələ də görüntünü yayan işçinin kimliyini araşdırır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub