ŞOK: Naibə Allahverdiyeva sağalmaz xəstəliyə tutulub "8 Martda həyatımın ən pis xəbərini aldım"

3041
ŞOK: Naibə Allahverdiyeva sağalmaz xəstəliyə tutulub "8 Martda həyatımın ən pis xəbərini aldım"
Bir neçə gün bundan əvvəl ağır vəziyyətdə Xəstəxanaya yerləşdirilən Gənc Tamaşaçılar Teatrının aktrisası

Bir neçə gün bundan əvvəl ağır vəziyyətdə Xəstəxanaya yerləşdirilən Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Naibə Allahverdiyevanın səhhəti normallaşıb. Amma nədənsə aktrisa müalicəsi başa çatmadan xəstəxanadan ayrılmaq məcburiyyətində qalıb. Sənətci AzNews.az-a müsahibəsində baş verənlərə aydınlıq gətirib.

-Toydan sonra əhvalınız çox yaxşı idi, həyatınız da düzənə düşmüşdü, sosial şəbəkədə bütün günü sevgidən yazırdınız. Qəfildən sizə nə oldu?

-Təzyiqim qalxmışdı, vəziyyətim çox pis idi. Həkimlər hələlik işə çıxmağa icazə vermirlər. Bir müddətdən sonra işimin başına dönə, səhnəyə çıxa bilərəm. Bir az ağrılarım var, hələ tam sağalmamışam. Hətta yenidən bir də müayinə olunmalıyam.

-Həyat yoldaşınızın sizə münasibəti necədir? Xəstəxanada olanda yanınıza gəlirdi?

-Bütün günü yanımda idi. Başımın üstündən əl çəkmirdi. Bu da mənə olan sevgidəndir.

-Qarşıdan 8 mart Beynəlxalq Qadınlar günü gəlir. Həyat yoldaşınızdan hədiyyə olaraq nə gözləyirsiniz?

-Sevgi və diqqət... Məni həyatda bunlardan başqa heç nə maraqlandırmır. Ondan da umduğum budur. Həmin sevgini mənə versin, daha ondan heç nə ummaram. Bu iki amil mənim həyatda ən həssas yerimdir.

-Ümumiyyətlə, bütövlükdə qadınlara nə arzulayardınız?

-Qadın nə istər? Xoşbəxtlik, bundan böyük varlıq nə ola bilər ki? Qadın sevilməli və sevməlidir. Bütün qadınların arzusu bu. Onlar daima sevilmək, sevmək istəyirlər. Əgər qadın kiməsə lazım olduğunu hiss etməsə, qırılır, sınır, min cür xəstəlik tapır. Düzdür, bu cəmiyyətdə insana yaşamaq üçün pul və imkan lazımdır. İnsanın pulu, imkanı da ola bilər. Sevgi yoxdursa, pul və imkan boş şeydir. Heç bir pul, imkan sevginin yerini verə bilməz. Diqqət, nəvaziş olan yerdə insan gec xəstələnir. Bunu yaşamayan qadınlar tez ölür.

-Sizin sevənləriniz, heyranlarınız daha çoxdur...

-Bəli, bilirəm, amma bunların heç biri ən diqqətsiz bir kişinin verdiyi sevgini verə bilmir. Hamıya təşəkkür edirəm, mənə tanımadığım insanlar zəng edib hal-əhval tuturlar.

-Sosial şəbəkədə bəzən sizi təhqir edirlər. Bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət etmək fikiriniz var?

-Hə belə hallar var. Bilmirəm, o məndən nə istəyir? Hər halda bunlar şəxsi münasibətlərdəndir. Araşdırmaq lazımdır. Mən insanları tez bağışlayıram, amma onlar da öz səhvlərini başa düşməlidir. Hər bir insan etdiyi əməlinin qarşısında cavab verir. Heç bir yerə şikayət etmək fikirində deyiləm, çünki başım özümə və anama qarışıb. Allah heç kimi naümüd qoymasın. Anam bərk xəstədir. Elə bu səbəbdən xəstəxanadan çıxası oldum. Xəstə halda ora get, bura gəl olmurdu. Qalmışam iki odun arasında. Öz tüstümə özüm boğuluram. Bu 8 mart mənə qara gəldi, həyatımın ən kədərli xəbərini aldım. Axıra kimi müalicə olunmayan ana öz anasının dərdinə ağlayır.

-Ananıza nə olub?

-Çox ağırdır, həkimlər onda xərçəng aşkarlayıb, çox çarəsizəm. Bir müddət xəstəxanada yatdı, amma həkimlər onu evə getməsini məsləhət gördülər. Həkimlər onun yaşama şansının olmadığını deyirlər. Allah günahlarını bağışlasın. Anam isə hələ bu xəstəliyə tutulmasına inanmır. Hazırda yaşamaq üçün mübarizə aparır. Deyir ki, “mən yaşayacam.”

-Xarici ölkələrdən birinə aparmaq fikiriniz varmı?

-Gecdir. Birincisi buna maddi imkanımız yoxdur. İkincisi də anam yaşlıdır, həkimlər əməliyyatın uğursuz olacağını deyirlər. Hətta kimyaterapiya da ona kömək edə bilməz. Artıq gecdir, xəstəlik daha öz işini görüb. Anam özünə baxan, sevən, dəyər verən bir xanım idi. Birdən-birə onun mədəsində problem yarandı və biz bundan şoka düşdük. Mən özüm də ona heyran olmuşam. Yaşlı olasan, biləsən ki, xərçəngsən amma deyəsən ki, “mən sağalacam.” Deyir ki, “məndə heç nə yoxdur, 100 yaşına kimi yaşayacam.” Kaş ki, dediyi düz olaydı.

 

Xəbər lenti