Xəzər TV-də veriliş aparan prodüser Tarix Əliyev (Tolik) Röyanın ünvanına söyüşlər deyib.
A24.Az xəbər verir ki, Kadr arxasında baş verən bu hadisənin görüntüləri sosial şəbəkədə yayılıb. Tolikin uşaqların da olduğu çəkiliş meydançasında təhqiramiz ifadələr səsləndirməsi kəskin tənqidlə qarşılanıb.
Röya bu hadisəyə münasibət bildirib. Müğənni deyib ki, məlum videoya görə telefonuna çoxlu zənglər gəlib: “Telefonum dağılır… Buradan hamıya cavab verirəm. Pərdə arxası hər şey olur, adam ən əzizinə belə əsəbdən “əşşi, qələt edir filankəs” deyərək reaksiya verir. Bir sözlə, bunu yayan adamın tərbiyədən, əxlaqdan nə qədər uzaq olduğu artıq aydındır. Unutmayın, elə adamlar var ki, siz onu ədəb-ərkanlı tanıyırsınız, amma pərdə arxasında… Onların yanında mən belə toya getməliyəm. Tarix Əliyev kef elə, ancaq hər yerdə diqqətli ol! Həmişə deyirdim, amma qulaq asmırdın, indi yəqin ki, çatdı niyə bunu deyirdim”. Tarix Əliyev isə baş verən olaylar haqqında fikrini instaqramda açıqlayıb: “Sənin atılan dırnağını bəzi müğənnilərə dəyişmərəm. Mənim üçün kiminsə fikri önəmli deyil, nə düşündükləri də. Sənin mənə olan münasibətin, mənim isə sənə qarşı olan bitməyən sevgim və sadiqliyim bəsdir. Buradan müğənni cismində məxluqlara səslənirəm, o videonu səhifələrdə paylaşmaq üçün jurnalist dostlarıma yollayanlar, siz niyə kadrları özünüz öz səhifənizdə paylaşmırsınız ki? Qorxusunuz məndən? Bilirsiniz ki, sizə veriləcək cavabım var. Cavabım nəslinizin yeddi qatından keçər. Bədbəxtlər! Siz üzümə yalnız gülərək videonu jurnalistlərə göndərib paylaş deyə bilərsiniz. Çünki özünüzün hünəri çatmaz ki, paylaşıb hər hansı rəy bildirəsiniz! Yaxşı ki, başqa ad deməmişəm, o dəqiqə deyərdiniz onu söyür. Bəyəm Röya adı bir dənədir. Bilmədən danışmayın, bəziləri kimi sözdə qazadığınız quyuya özünüz düşdünüz”. Məlumat üçün bildirək ki, iddialara görə, məlum video Sevil və Sevinc bacılarının sifarişi ilə paylaşılıb. Bununla verilişləri əlindən alınaraq Tolikə verilən əkiz bacılar prodüserdən öz qisasını alıb. Lakin onların Röya Ayxanla Tolkin arasını vurmaq planı baş tutmayıb.