“Tunar arvaddır ki, onun paxıllığını çəkim? Narazılıq İbrahimə olub. Ona görə bu millət yazıqdır ki, bildiyini də, bilmədiyini də deyir. Bəs beyin, baş nə üçündür? İşlədin də bir az. Belədə ki, kiminsə gözündən düşdüm və ya düşmədim vecimə deyil. Əsas Allahdır, o hər şeyi görür”.
Bu sözləri əməkdar artist Nüşabə Ələsgərli müğənni Tunar Rəhmanoğlu ilə aralarında baş verən qalmaqala münasibət bildirərkən deyib.
Müğənni oğlunun kiçik toyundan yayılan videodan danışıb. O, özünü təqsirli bilmədiyini söyləyib:
“İstəmirdim bu haqda nəsə yazım. Bu toy 2007-ci ildə olub. 2011-də də Tunarın “Yollar” mahnısını oxumuşam. Özünün də, ailəsinin də xətrini çox istəmişəm, istəyirəm də. Amma bu video 11 il sonra ortaya çıxıb. Nə məqsədlə görəsən? Yəqin, məni “çox sevənlərin” işidir. Tunar qadın müğənnidir ki, onun paxıllığını çəkim? Orada söhbət İbrahimdən gedir. Onun qulağına söz deyən də öz meneceridir. Bizim məclisdə ən gözəl ifaçılarımız oxuyub. Tunarın burada heç bir mövzusu yoxdur. Bilən də, bilməyən də ağzına gələni yazır. Çox təəssüf edirəm bizim millətin bəzilərinə”.
axşam.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub