“Ağır xəstəyəm, ölümcüləm” Roza Zərgərli - VİDEO

1096
“Ağır xəstəyəm, ölümcüləm” Roza Zərgərli - VİDEO

“ARB Ulduz”un “Virtual Həyat” verlişinin növbəti qonağı müğənni Roza Zərgərli olub.

Metbuat.az xəbər verir ki, müğənni əməliyyat olunmasını gərəksiz yerə şişirdənlərə ismarıc yollayıb:

“175 sm boyumdur, 69 kq çəkimdir. Allah məni bu cür yaradıb. Mən indi nə etməliyəm? Gedim özümü asım? Camaatın burnu qarmaqvaridir, müğənnilərin 90 faizi gedib burunlarını kəsdirib fındıqburun edirlər. Heç bir estetik əməliyyat etdirməmişəm. Ayağımla bağlı problemimə görə, yeriyə bilmədiyimə görə əməliyyat olundum. Ayağımdan və digər bölgələrdən piy götürüldü. Mənim vücudum ömür boyu bu formada olub.

Efirdə dikdaban ayaqqabıda oluram, estetik cəhətdən yaxşı görünməliyəm. Amma kadrdan çıxan kimi “zarımağa” başlayıram. O biri müğənnilər kimi kadrda olarkən ağlaya bilmirəm ki, mən ağır xəstəyəm, ölümcüləm. Bunu bacarmıram”.

İfaçı toyları əvvəldən sona kimi idarə etməyə başlayandan çoxlarının gözünə çöp saldığını deyib:

“İndi toylara gedib məclisi başdan-ayağa idarə edirəm. Estrada müğənnilərinin içərisində barmaqla sayılası ifaçılar var ki, toyu əvvəldən sona kimi idarə edir. Qalan hamısı yarım saatlıq gedir. Ucuz qiymətə toya gedirəm. Yalandan fantastik bir qiymət deyib, kimisə aldatmağa gərək yoxdur. Onsuz da ev sahibi sənə həmin məbləği vermir.

Əvvəl 78 kq idim. Heç kimin başına daş düşümürdü. İndi 69 kq olmuşam ağırlaşmışam”.

Roza Zərgərli ilə olan geniş müsahibəni bu bazar saat 13-də “Şou məkan” verilişində izləyə bilərsiz.

Qeyd edək ki, “ARB Ulduz”kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya:(V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Xəbər lenti