Son zamanlar intiharların sayında artım müşahidə edilir. Təəssüf ki, intihar edənlər arasında tanınmış insanlar da var.
Müğənni Elvin Ordubadlı (Quliyev) intihar edib. Müğənni özünü yaşadığı evin 5-ci mərtəbəsindən atıb.
E.Ordubadlı "Azərbaycanın səsi" musiqi yarışmasının iştirakçısı olub. Müğənni Azərbaycanı 2014-cü ildə "Türkviziya" mahnı müsabiqəsində əməkdar artist Elza Seyidcahanın bəstələdiyi "Divlərin yalnızlığı" mahnısı ilə təmsil edib.Yanvar ayında metronun "Ulduz" stansiyasında intihar edən 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Mustafazadə Rəşad Əlixan oğlu müğənnilik fəaliyyəti ilə məşğul olurmuş. O, həm də "Glamour Center MMC" adlı yerdə direktor vəzifəsində çalışırmış və bayram günlərində Qəbələyə tur da təşkil edib. Çox pozitiv, əyləncəyə meyilli, şən olan gəncin hansı səbəbə görə belə addım atması məlum deyil.
İntiharı ilə gündəmi zəbt edən gənc müğənni Sura Əsgərli özü ilə bir çox sirləri apardı. Özünü yaşadığı evdəcə asan gənc qızın intihar səbəbləri ailəsi və bütün hamı üçün sirr olaraq qalır. 23 yaşlı Sura Əsgərli Xəzər rayonu, Buzovna qəsəbəsində yaşadığı mənzildə özünü asaraq intihar edib.
İntihar edən azərbaycanlı müğənnilər - SİYAHI+FOTOLAR
Onun evin zirzəmisində asılmış meyitini isə anası aşkar edib.
birxeber.az



1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub