Əməkdar artist Şəbnəm Tapdıq bir müddət əvvəl onun adını daşıyan ifaçıları məhkəməyə verməklə hədələmiş və etirazla qarşılaşmışdı.
Mynews.az-ın məlumatına görə, sənətçi yenidən bu mövzunu gündəmə gətirib. O, Şəbnəm Qəhrəmanova adlı gənc ifaçıya adını dəyişməsini deyib.
Ş.Tapdığın bununla bağlı yazışmasını aparıcı Zabir Əliyev sosial şəbəkədə yayıb. Yazışmada Ş.Tapdıq Zabirə həmin xanıma onun sözlərini çatdırmasını qeyd edib:
“Qəhrəmanovanın səhnə adı var idi, niyə onunla çıxmır? Şadiyə adı ilə oxusun. Statistikada mən adımda ilkəm. Səhnə adı pis deyil ki, Şadi qəşəngdir. Məhkəməyə getməyim”.
Ş.Qəhrəmanova isə cavabında "Yenə başladıq. Nə adımı dəyişirəm, nə də ləqəb götürürəm. Kim hara gedir getsin" cavabını verib.
Qeyd edək ki, Ş.Tapdıq Azərbaycanda “Şəbnəm” adının ilk dəfə onda olduğunu deyib. Sənətçi şou-biznesdə bu adda müğənni olmasını istəmir.


1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub