Xalq artisti Aygün Kazımova “Söhbət elə” “Youtube” layihəsinin qonağı olub.
Mynews.az xəbər verir ki, müğənni aparıcının "İlk Azərbaycan xanımı idiz ki, hər bir Azərbaycan kişisi hər mənada yanınızda olmağı arzulayırdı. Bu həqiqətin sizə gətirdiyi neqativ və pozitivliklər nələrdir” sualına belə cavab verib:
“Neqativ düşünəndə neqativ olur, pozitiv düşünəndə isə pozitiv. Mənə xoşbəxtlik verən, cazibədar edən şeylərin neqativ tərəflərini görmüşəmsə, artıq unutmuşam. Azərbaycan qadınının mənə paxıllığını hiss edirdim. İndi də çox şeylər hiss edirəm. Səhnədə olmadığım anlarda hər zaman diqqət mərkəzində olmuşam. İnsanların bir nöqtədə cəmləşdiyini hiss etmişəm”.
Xalq artisti atasının sevimli qızı olduğunu da deyib:
“Atamın çox sevimli son beşiyi olmuşam. Mən anadan olanda atam görüb ki, onun müharibəyə gedib qayıtmamış qardaşına bənzəyirəm. Bir sözlə, burada da bəxtim gətirdi”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub