Əməkdar artist Nüşabə Ələsgərli ilə müğənni Tunar Rəhmanoğlu qalmaqalı yenidən alovlanıb.
Mynews.az-ın mulamatına görə, Tunar "5/5" verilişinə zəng edərək məsələ ilə bağlı açıqlama verib: "Video mənim telefonumda da var, amma onu mən yaymamışam. Necə yayıldığından da xəbərsizəm. Bizim ailə həmin toya dəvət olunmamışdı. İbrahim Tatlısəs Bakıya gələndə atam da, mən də onun yanında oluruq. O da məni həmişə səhnəyə çıxardıb. Özü də deyir ki, Tunar demir, məni səhnəyə çıxart. Məclisdə də mənim oxumağımı istədi. Dedilər ki, niyə Tunar oxuyur? Amma mənim çıxışım heç 5 dəqiqə çəkmədi. Orada mənim 26 yaşım var idi. Həmin məslisin üzərindən 10-12 il vaxt keçib. Yerli sənətçilərimizin toyda mənə qarşı etdiyi hərəkətə görə pis oldum və mikrofonu verib getdim".
Daha sonra N.Ələsgərli efirə zəng vuraraq hadisədən danışıb. O, videoda mərhum xalq artisti İlhamə Quliyevanın da etiraz etməsinə münasibət bildirib: "İlhamə xanım mənə dedi ki, toy ərəfəsində bu nədir edirlər. Bir nəfər ayır nəzarət etsin, özbaşınalıq olmasın, qoyma. Çünki İbrahimi məclisdə ifa etməyə qoymurdular. İ. Tatlısesin oxumağında fasilələr yaranırdı. Ora pul töküb-tökməməyimin Tunara dəxli yox idi. Tunar oxuyur oxusun. Kim oxusaydı elə olacaqdı".
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub