"Evə gələndə deyirəm ki, evin kişisi gəldi, qulluq edin" Mətanət İsgəndərli - VİDEO

880
"Evə gələndə deyirəm ki, evin kişisi gəldi, qulluq edin" Mətanət İsgəndərli - VİDEO

 "ARB Ulduz"un "Şou-məkan" proqramının növbəti qonağı əməkdar artist Mətanət İsgəndərli olub.

Söhbətə əynindəki güllü-çiçəkli libasla başlayan əməkdar artist yazın gəlişinə sayılı günlər qalmış artıq geyimlərilə baharın ilk müjdəçisi olmaq istəyir:

"Necə ki təbiət oyanır, insanda da həvəs yaranır. Elə bilirsən ki, yenidən doğulmusan. Həmişə Novruz gələndə mən bu hissi keçirirəm. Yeni ümidlərlə, yeni arzularla yaşayıram. Yaz hələ tam gəlməyib. Geyimə fikir verin, aşağıdan başlayır allı-güllü. Yavaş-yavaş yuxarı qalxır. Həmişə allı-güllü günlər arzu edirəm. Həmişə əhvalınız xoş olsun".

Evin həm kişisi, həm də qadını olan Mətanət xanım yemək bişirməklə bağlı müğənniyə irad bildirənlərə tutarlı cavab verməkdən çəkinməyib:

"Hərdən mənə deyirlər ki, evdə iş görmürsən. Deyirəm yazıq canım, çöldə də işləyim, evdə də? Kişilər görmüsüz ki, evdə işləsin? Kişi evə gələndə arvad deyir ki, işdən gəlib yorğundu. Qulluq edir ona. Mən də deyirəm, evin kişisi gəldi, qullaq edin".

Bəzi sənətçilər onların parodiya olunmasını qəbul etməyib həmin adamlarla qanlı-bıçaqlı olsalar da, əməkdar artist bundan zövq aldığını dilə gətirib:

"Bir də görürsən ki, mənə zəng vururlar, filankəs səni belə parodiya elədi. Onlar elə bilirlər ki, bu, məni əsəbiləşdirəcək. Əksinə xoşum gəlir, mən gülürəm. Məni parodiya edirlərsə, deməli, məni yaşadırlar də. Ürəyim gedir də, təsəvvür edin mənim paltarlarımı geyiniblər. Xatun da məni parodiya edir".

- Mətanət xanım, son vaxtlar qızınızla bağlı mətbuatda ağlı-qaralı xəbərlər yayılır, övladınız şəxsi həyatı ilə bağlı tez-tez gündəmə gəlir. Sizin bu haqda düşünücələriniz nədir?

- Yanlış məlumatların gəzməyindənsə, öz dilindən eşitmələri daha yaxşıdır. Mənim qızım onun haqqında danışmağımı xoşlamır. Həmilə deyir ki, "ana, mənim şəxsi həyatımdan danışma". Qızımı hələ ki nişanlamamışam. Qismət. Olan kimi biləcəksiz. Mən Ülkərə qarışmıram. Böyük qızdı. Bu, nə dərəcədə düzgündür?! O, ailə qurur, mən qurmuram ki".

- Mətanət xanım, qayınana gəlin sös-söhbətləri həmişə olub və bəzən bu söz-söhbətlər daş atıb baş yarır. Bəs siz necə qayınanasız?

- Onu yaxşı olar ki, gəlinimdən soruşun ki, mən necə qayınanayam. Mən qayınana yox, yaxşı anayam. Heç vaxt özümü fikirləşməmişəm, balalarımı düşünməmişəm".

Aranjmançısından dili-dodağı yanmış kimi şikayət edən müğənni onu bəklə də bir qaşıq suda boğar. Ancaq ola bilsin ki, mahnını təhvil almamış heç nə etmək istəmir:

"Yeni mahnılar yazdırmışam. Ancaq bir aranjmançı var, mən ona mahnı verdimsə, aylarla saxlayır. Deyirəm verməyim, yenə də verirəm. Adını çəkmiyəcəm. Qabaqcadan pulunu verirəm, elə olub ki, illərlə işini görməyib. Bilmirəm, bunula necə işləyim. Qabaqcadan verim pulu, ya yox".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.

Xəbər lenti