“Eurovision 2016” təmsilçimiz Səmra Rəhimli “APA TV”-nin “Show time” verilişində şəxsi həyatından danışıb.
Mynews.az-ın məlumatına görə, ifaçı bildirib ki, sevdiyi şəxsdən evlilik təklifi alsa, ailə qurar:
“Mənə evlilik təklifi edən insanın kimliyinə baxmalıyam. Sevdiyim şəxsdirsə, razı olaram. Amma hazırda bu barədə düşünmürəm. Heç vaxt ailə qurmaq barədə düşünməmişəm. Çünki anam lap kiçik yaşlarımdan bizi belə böyüdüb. Biz iki bacıyıq, anam hər ikimizə deyib ki, ailə qurmaq üçün tələsməyin. İlk öncə karyeranızı qurun, daha sonra ailə. Vaxtı gələndə hər şey olacaq”.
İfaçı onu da əlavə edib ki, sənət və ailə arasında seçim qarşısında qalsa, sənəti seçər:
“Düşünmürəm ki, ailə quracağım şəxs məni bu seçim qarşısına qoya. Amma belə bir şey olsa, mən sənətimi seçərəm. Yalnız məni sevməyən insan qarşıma bu cür seçim qoya bilər. Niyə qurban verməliyəm ki?”.
S.Rəhimli ona tez-tez elçi gəldiyini də gizlətməyib:
“İndi elə bir zəmanə deyil ki, qapını döysünlər, gəlsinlər ki, elçi gəlmişik. Hər bir gəncin həyatında bu şeylər olur. Mənim də həyatımda olub. Mənə tez-tez elçi düşənlər olur. Amma mən ailə qurmağı düşünməmişəm. Gərək mənim bu insanla münasibətim olsun ki, razılıq verim. Mənə elçi gəlmək istəyənlər ilk öncə təklifi anama göndəriblər. Bizim ailə müasir ailə olduğuna görə, inanmıram ki, anam məni belə tez kiməsə versin. Ailə qursam, anamdan da məsləhət alacam, amma ən əsası məntiqlə düşünəcəm”.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub