“2017-ci ildə boşandım. Çox şadam ki, boşandım. İndi bundan həzz alıram. ”.
Mynews.az-ın məlumatına görə, bu sözləri müğənni Dilarə Kazımova “ATV Kulis” verilişində deyib.
Sənətçi ona tez-tez əri ilə bağlı suallar ünvanlandığını deyib:
“Mənə tez-tez boşanmağım haqda sual verirdilər. Danışmırdım, indi isə sualları cavablandırıram. Çünki əvvəl rəsmi boşanma olmamışdı, indi olub. İkinci dəfə ərə getməyəcəm. Tək darıxmıram”.
Müğənni açıq-saçıq fotolarından söz açıb:
"Bədənim yaxşı görünür, idmanla məşğul oluram. Niyə bunu göstərməyib. Bəziləri qınasa da, çoxları qınamır".
Aparıcı Murad Əzimzadənin "Əks cinsin nümayəndələrinin xoşuna gəlir. qadınların yox yəqin" sözlərinə Dilarə belə cavab verib:
"Bilirsiz, qadınların da çoxunun bədən quruluşumdan nə qədər xoşları gəlir. Onlara bir az motivasiya oluram. Göstərirəm ki, siz də gedin idmana, belə olun".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub