Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Lider"in qalmaqallı aparıcısına MTRŞ-dan sərt xəbərdarlıq - "Şikayətlər artarsa..."-FOTO

Son günlərdə Lider telekanalında yayımlanan "Yarasa" verilişi izləyicilərin tənqidinə səbəb olub.

Öncə aparıcı Könül Yusifqızının efirə alt paltarsız çıxması, daha sonra isə verilişdə efirə uyğun olmayan ifadələr işlətməsi hər kəsin etirazına səbəb olub. Aparıcı verilişdə "şey" sözünə lazımsız reaksiyalar göstərib, daha sonra isə gələn qonaqlardan biri "mən başlasam, türkün məsəli qurtarmaq bilmirəm" ifadəsini işlədib.

İzləyicilərin aqressiyasını üzərinə toplayan veriliş haqda Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov Open.az-a danışıb:

"Öncəliklə bir məsələni qeyd edim. Efirdə ədəbsiz sözlər, söyüşlər, jarqon ifadələr işlədilməsi səhər saat 07:00-23:00 arası yetkinlik yaşına çatmayanlara ziyan vurduğuna görə qadağandır. Ancaq saat 23:00-dan sonra yayımçılara bu məsələylə bağlı müəyyən sərbəstlik verilir. Lakin burda bir məsələ də var. Bayağı söhbətlər, milli-mənəvi dəyərlərə zərbəylə bağlı saat məhdudiyyəti yoxdur.

Hesab edirəm ki, sözügedən verilişdə milli-mənəvi dəyərlərə zidd müzakirələr aparılıb. Buna son vermək lazımdır. Bizə deyə bilərlər ki, "burda nə var?". Ancaq hamıya məlumdur ki, "türkün məsəli" ifadəsinin arxasında nə durur. Ola bilər verilişin qonaqları müəyyən haşiyəyə çıxıblar, lakin aparıcı bunun qarşısını almalı və mövzunu idarə etməlidir. Bununla bağlı bir şöbə olaraq, arayış hazırlayıb təhvil vermişəm. Ancaq bu verilişlə bağlı davamlı etirazlar artdığı halda, qurum olaraq bu məsələnin qarşısını alacağıq".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...