Çoxdandır görünməyən xalq artisti, pop-diva Aygün Kazımova xalq artisti Mübariz Tağıyevin Heydər Əliyev adına sarayda keçirilən yubiley gecəsinə qatılıb. O, səhnəyə çıxaraq, gecəyə musiqisi ilə rəng qatıb.
Mynews.az yeniçag.az-a istinadən xəbər verir ki, M.Tağıyev Aygünlə ilk tanışlığını xatırlayıb:
"O vaxt mən də cavan idim. Televiziyada işləyirdim, otağa gənc, model kimi bir qız daxil oldu. Dedi ki, müğənniyəm, adım Aygündür. O vaxtdan Aygün mənim dostum, bacımdır. Heç vaxt Aygünlə aramızda intriqa olmayıb".
Aygün Kazımova M.Tağıyevin hər zaman ona dəstək olduğunu bildirib:
"Mübariz müəllim hər zaman sizə minətdar olmuşam. Mənə həmişə dəstək olmusuz. O vaxt Dövlət Televiziyasında çox məhdudiyyətlər vardı. Sizin dəstəyiniz bambaşqa idi və bu günə qədər də mənə dəstəyiniz davam edir".
Daha sonra pop-diva sözləri Baba Vəziroğluna, musiqisi Mübariz Tağıyevə məxsus "Əleykum-salam" mahnısı ilə gecəni şərəfləndirib. O şou əhlinə söz də atıb:
"Şou-biznesdə salam problemi var, bu mahnı lap yerinə düşdü".
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub