Prodüser Tarix Əliyev (Tolik) qalmaqallı açıqlaması ilə gündəmdədir.
Mynews.az xəbər verir ki, prodüser aparıcısı olduğu “Hər şey daxil” verilişində müğənni Üzeyir Mehdizadə ilə bağlı fikirlərini bölüşərək bunları deyib:
“Bir kütlə ki, Üzeyiri bu gün sevirsə, o, azərbaycanlı kütləsidir. O nə ermənidi, nə talışdı, nə qazaxdı. Biz onu kütlələrə bölməməliyik. 50 milyonluq azərbaycanlıyıq. Üzeyirə qulaq asanlar yaxşı adam deyil, Miri Yusifə qulaq asanlar yaxşıdır? Bu nə deməkdir? Bunu hansı kriteriyalarla götürürük?”.
Tolik bu açıqlamasından sonra talışları ermənilərlə bir tutduğu üçün tənqid atəşinə tutulub. Prodüser İnstaqram hesabında bununla bağlı belə bir açıqlama verməli olub:
“Bəzi qanmazlara demək istəyirəm ki, özünüzlə məni səhv salmayın. Azərbaycanın hər bölgəsi mənə əzizdir. Canlı efirdir, bəlkə nəsə düz cümlə qurub fikrimi çatdıra bilməmişəmsə, dərhal gic-gic fikirlər səsləndirməyin. Burada yazanlar, qurban olasınız talışlara da, qazaxlılara da. Mənim hər iki bölgədən elə dostlarım var ki... Həmişə demişəm, ana nənəm Boradigahdandır”.
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1094 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1087 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1085 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
1054 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
1051 dəfə oxunub