Bu günlərdə Bakıdakı sığınacaqlardan birinə Cəlilabad sakini olan qadın və 6 yaşlı qızı yerləşdirilib. Ailədaxili məsələ səbəbindən paytaxta üz tutan və burada heç kimi olmayan qadına ilk olaraq rastlaşdığı 65 saylı marşrut xətti üzrə hərəkət edən avtobus sürücüsü yardım göstərib.
Mynews.az avtosfer.az-a istinadən xəbər verir ki, getməyə yeri olmadığı üçün avtobus bir dövrə vursa da düşməyən qadın və övladı sürücünün diqqətini çəkib. Sürücü İntiqam Qasımov qadından onlara necə kömək edə biləcəyini soruşub. Məlum olub ki, 3 uşaq anası olan Gülnarə adlı qadın kiçik qızını götürərək Bakıya üz tutub və burada getməyə yeri və pulu yoxdur. Sürücü onlara yemək və su alıb. Həmçinin bu barədə aidiyyatı qurumlara məlumat verilib. Havanın soyuq olması səbəbindən bir neçə dövrəsi ərzində avtobusdan düşməyən ana və övladı daha sonra “Təmiz Dünya” İctimai Birliyinin əməkdaşlarının iştirakı ilə sığınacağa təhvil verilib. Onlar sürücü İntiqam Qasımova göstərdiyi insanpərvərliyə görə minnətdarlıq ediblər.
Qeyd edək ki, 65 saylı marşrut xətti “Xaliq Faiqoğlu” MMC-nin istismarındadır. Şirkət rəhbərliyi göstərdiyi nümunəvi xidmətə görə sürücü İntiqam Qasımova təşəkkür elan edib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub