Prodüser Tarix Əliyev (Tolik) qalmaqallı açıqlaması ilə gündəmdədir.
Mynews.az axşam.az-a istinadən xəbər verir ki, prodüser aparıcısı olduğu "Hər şey daxil" verilişində müğənni Üzeyir Mehdizadə ilə bağlı fikirlərini bölüşərək bunları deyib:
"Bir kütlə ki, Üzeyiri bu gün sevirsə, o, azərbaycanlı kütləsidir. O nə ermənidi, nə talışdı, nə qazaxdı. Biz onu kütlələrə bölməməliyik. 50 milyonluq azərbaycanlıyıq. Üzeyirə qulaq asanlar yaxşı adam deyil, Miri Yusifə qulaq asanlar yaxşıdır? Bu nə deməkdir? Bunu hansı kriteriyalarla götürürük?".
Tolik bu açıqlamasından sonra talışları ermənilərlə bir tutduğu üçün tənqid atəşinə tutulub. Prodüser İnstaqram hesabında bununla bağlı belə bir açıqlama verməli olub:
"Bəzi qanmazlara demək istəyirəm ki, özünüzlə məni səhv salmayın. Azərbaycanın hər bölgəsi mənə əzizdir. Canlı efirdir, bəlkə nəsə düz cümlə qurub fikrimi çatdıra bilməmişəmsə, dərhal gic-gic fikirlər səsləndirməyin. Burada yazanlar, qurban olasınız talışlara da, qazaxlılara da. Mənim hər iki bölgədən elə dostlarım var ki... Həmişə demişəm, ana nənəm Boradigahdandır".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub