Əməkdar artist, aktrisa Dilarə Əliyeva və həyat yoldaşı "Soy" prodakşının rəhbəri Oqtay Əliyev tədbirlərin birinə qızları ilə birgə qatılıb.
Mynews.az əbər verir ki, yenicag.az-ın fotokamerasına poz verən ailə suallarımızı da cavablandırıb.
O, Əliyev qızlarına sərt ata olmadığını deyib:
"Özlərindən də soruşsanız, təsdiqləyərlər, sərt ata deyiləm. Qızlarıma qadağa qoymuram, kef eləyirlər".
D.Əliyeva buna əsas olmadığını bildirib:
"Tərif kimi çıxmasın, amma qızlarım çox ağıllıdır. Nəyin olar-olmazını özləri yaxşı bilir".
11 yaşlı Banu atasının onlara sərbəstlik verdiiyni deyib:
"Nə atam, nə də anam heç vaxt bizə qarşı sərt olmayıb. Həmişə sərbəst hərəkət edə bilmişik. Bir dəfə də olsun atam mənə əl qaldırmayıb. Ondan qorxmuruq, əksinə sevirik. Arada geyimlərimizə müdaxilə edir. O da bilirsiniz nə vaxt? Soyuq olanda nazik geyinirəm, deyir ki, qayıt əynini dəyiş, qalın geyin, soyuq olar, xəstələnərsən".


1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub