Müğənni Tacir Şahmalıoğlu ötən gün Xəzər TV-də yayımlanan "5/5" verilişində dayısının onun haqda söylədiyi fikirlərə münasibət bildirib.
Mynews.az axşam.az-a istinadən xəbər verir ki, proqramın aparıcısı Zaur Kamal canlı yayımda Tacirlə telefon bağlantısı yaradıb. Aparıcı müğənnini məsələdən agah edəndə Şahmalıoğlu təəccüblənib.
O, dayısını atdığı addıma görə ciddi ittiham edib və dayısı haqda "Özünü idarə edə bilmir, efirdə çıxıb bu məsələni danışır" sözlərini işlədib.
Sənətçi eyni zamanda dayısının 85 yaşlı bacısını (Tacirin anasını) ziyarət etmədiyini və 3 il öncə faciəvi şəkildə dünyasını dəyişən qardaşının yas mərasiminə gəlmədiyini xatırladıb.
Qeyd edək ki, ötən gün adının Nürəddin olduğunu deyən 78 yaşlı şəxs müğənni T.Şahmalıoğlunun dayısı qismində verilişdə açıqlamalar verərək, ifaçını qohumlarına köməklik etməməyinə rəğmən efirlərdə bunun əksini söyləməkdə, yalan danışmaqda ittiham edib.
1
Təhsil infrastrukturu yenilənməyə davam edir - FOTOLAR
585 dəfə oxunub
2
Şəhid hərbçinin övladı faciəli şəkildə öldü - TƏFƏRRÜAT
541 dəfə oxunub
3
Azərbaycan Albaniyanı təbrik etdi
518 dəfə oxunub
4
Əli Əsədov yeni qərar imzaladı
513 dəfə oxunub
5
Zəngilana növbəti köç karvanı yola salındı
508 dəfə oxunub