Aprelin 28-də Formula 1 Azərbaycan Qran-Prisinin ikinci gününün həyəcanlı və maraqlı anlarından sonra azarkeşlər axşam saatlarında yenidən “Baku Crystal Hall”a toplaşıblar.
Axşam.az xəbər verir ki, Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turundan sonra məşhur müğənni Kristina Aqilera Bakıda səhnəyə çıxıb. “Baku Crystal Hall”da öz hit mahnılarını səsləndirən müğənni tamaşaçılara unudulmaz anlar yaşadıb.
Bəstəkar və aktrisa kimi də tanınan Kristina Aqileranın 7 albomu dünyada ümumilikdə 43 milyondan çox tirajla satılıb. Valehedici səsi və möhtəşəm vokal ifaları ilə sevənlərini heyrətləndirməyə davam edən müğənni 6 “Grammy” mükafatına layiq görülüb. Onun 4 mahnısı “Billboard”ın ən çox dinlənilən 100 ifası sırasında ilk yerləri tutub. Bundan başqa, Kristina Aqilera Elton Con, Toni Bennet və Andrea Boçelli kimi bir çox məşhurlarla sıx əməkdaşlıq edib.
Sonra səhnəyə məşhur DJ qrupu “Axwell Λ Ingrosso” çıxıb. İsveçin ən məşhur elektronik rəqs musiqisinin sevilən nümayəndələrindən olan DJ-lər Axwell və Ingrosso Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günündə tamaşaçılara əsl əyləncəli gecə təqdim ediblər.
1
İlham Əliyev 85 milyon vəsait ayırdı - SƏRƏNCAM
836 dəfə oxunub
2
Keçmiş icra başçısı vəfat etdi
819 dəfə oxunub
3
Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR
807 dəfə oxunub
4
Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq
805 dəfə oxunub
5
Əməkdar artisti Əli Əliyev vəfat edib
804 dəfə oxunub