“ATV Maqazin 10-larla” verilişinin “Hit parad” rubrikasının budəfəki qonağı müğənni Nadir Qafarzadə olub.
Mynews.az xəbər verir ki, ifaçı Damlanı 10-cu pilləyə layiq görərək “Tamaşaçılarına hörmətim var, amma mənim zövqümdə deyil. Radioda səsini eşidəndə çevirirəm” söyləyib.
9-cu pillədə Rəhim Rəhimlini görən Nadir onun haqqında “Yaxşı bəstəkardır, pis də oxumur” deyib.
Qafarzadə Əhməd Mustafayevi 8-ci, Zamiqi 7-ci, Murad Arifi 6-cı, Lalə Məmmədovanı isə 5-ci pillədə görüb.
Nadir əməkdar artist Lalə Məmmədovanı xalq artisti Brilliant Dadaşova ilə barışığa səsləyib:
"Lalənin ifası akademik, peşəkar olsa da, hitləri azdır. Eyni tərzdə oxuyur. Biri bitir, digəri başlayır. Damlada olduğu kimi, Lalə xanımın mahnılarında da oxşarlıq var. Ruhu Brilliant xanıma yaxındır. Demirəm ki, oxşadır. Amma özü istəmədən onun ifa tərzinə bənzəyir. Amma oxşarlar heç vaxt uğurlu olmur. Lalə düz eləmir. Yaşda da, sənətdə də kiçikdir. Yaşda və sənətdə ondan böyük olan birinə jest edərsə, hörmətli olar, heç vaxt alçalmaz, kiçilməz”.
Nadir 4-cü yerə Tünzalə Ağayevanı, 3-cü yerə Natavan Həbibini, 2-ci yerə “Sənətkarım” adlandırdığı Elton Hüseynəliyevi layiq görüb. “Hit parad”ın qalibi isə xalq artisti Aygün Kazımova olub:
“Bu insanı müzakirə etməyə dəyməz. Mən Aygünü ümumiyyətlə 10-luqda görmürəm. O, artıq əlçatmaz zirvələrdədir”.
Nadir “Hit Parad”dan Roza Zərgərlini uzaqlaşdırıb.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub