Əməkdar artist Tünzalə Ağayeva atasını itərəndən sonra ilk dəfə kamera qarşısına keçib.
Mynews.az xəbər verir ki, “Xəzər Magazin”ə danışan müğənni atasının uzun müddətdir, ağır xəstəlikdən əziyyət çəkdiyini deyib:
“Bir gün gələr bir gün gedir. Amma bunu yaşamaq çətindir. Valideynin boşluğu insanın içində qalır, onun yerini heç nə doldurmur. Atamın ağır xəstə olmasını bilirdim. Bu bizim üçün qəfil hadisə olmadı, o, ağır xəstə idi. Atam mənə çox böyük savab qazandırdı. Düzdür, daim yanında ola bilmirdim. Amma bir övlad kimi ona qayğı göstərirdimsə, bu, atamın mənə qazandırdığı savab idi”.
Tünzalə atasının 40 mərasimi çıxmadan məclislərdə oxumasına görə onu qınayanların cavabını belə verib:
“Onu yazanların həyatında bir hadisə baş verirsə, onlar işlərini atıb bir il evdə otururlar? Heç kimin işi-gücü yoxdur? Məni qınayanlar o qədər boş məxluqlardır ki... Bu, böyük düşüncəsizliyin, səviyyəsizliyin, boşluğun əlamətidir. Ailədə özləri dedilər ki, sənin evdə oturmağın mümkün deyil, işinə davam etməlisən”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub