Müğənni Nadir Qafarzadə "ATV maqazin onlarla" proqramının "Hit parad" rubrikasında Natavan Həbibi haqqında maraqlı açıqlama verib.
Mynews.az qafazinfo-ya istinadən xəbər verir ki, Nadir Natavanın başqa bir müğənni rəfiqəsi ilə küsdüyünü söyləyib:"Dostluğu yola vermə! O, nə demək istədiyimi bildi. Mən Natavanın və qarşı tərəfin xətrini çox istəyirəm. Natavandan gözləməzdim. Mən hər ikisinin dostuyam, onları sülhə çağırıram. İllərin dostları belə etməməlidir".
Proqram iki məşhur müğənninin adınnı misal çəkib. Bildirilib ki, Natavan ya Səidə Sultan, ya da Xuraman Şuşalı ilə münasibətlərinə son qoyub.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, N. Həbibinin küsdüyü rəfiqəsi Səidə Sultandır. Onlar arasında bir müddətdir ki, inciklik yaranıb. Lakin iki məşhurun küsmə səbəbi hələlik məlum deyil.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub