Kibariyənin həyat yoldaşı Ali Küçükbalçık sahibi olduğu şirkətin işçilərinə uzun müddətdir maaş ödəmir. Onun bankalara 10 milyon TL borcu yaranıb.
Milli.Az Sözcü-yə istinadən xəbər verir ki, Ali Küçükbalçıkın 1999-cu ildə ailə həyatı qurduğu məşhur müğənni Kibariyənin adından istifadə edərək şirkətlərə qarşılıqsız qəbz verdiyi iddia edilir.
Küçükbalçıkın maaş və təzminatlarını istəyən işçilərinə təhdid xarakterli mesajlar göndərdiyi, bundan sonra işçilərin prokurorluğa gedərək şikayət etdikləri ortaya çıxıb.
İddiaya görə, Ali Küçükbalçık kreditlə aldığı lüks avtomobilin borcunu ödəyə bilməyincə maşını əlindən alınıb.
Ali Küçükbalçıkın Livan əsilli bir qadınla sevgili olduğu və onun həmin qadınla Kiprdəki qumarxanalarda qumar oynayaraq sərvətini itirdiyi iddiası isə maqazin gündəmində bomba təsiri yaradıb.
Qeyd edək ki, 2014-cü ilin 6 avqust tarixində Yunan adası Mikonosa gedib, bir həftə tətil edən Ali Küçükbalçık qumar oynadığı zaman eyni yerdə istirahət edən bir türk turist tərəfindən görüntülənmişdi. Ali Küçükbalçıkın yanında sarışın bir qadın da olub.
Bildirək ki, Kibariyənin ötən ilin iyul ayında Şəmkirdə iş adamının oğlunun toyunda 1 saatlıq ifasına görə 40 min dollar aldığı deyilir.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub