Müğənni Gülay Zeynallı ATV telekanalında yayımlanan "ATV maqazin 10larla” verilişinə maraqlı açıqlamalar verib.
Verilişin rubrikasına uyğun olaraq Gülay Zeynallının uşaqlıqdan bu günə kimi keçdiyi həyat yolu haqqında süjet hazırlanıb.
Çəkiliş heyəti müğənninin evində qonaq olub. Atası ilə anası hələ Gülay uşaq ikən ayrıldığından onun baba himayəsində böyüdüyü, buna görə də babasına çox bağlı olduğu ortaya çıxıb. Dünyasını dəyişən babasından danışan zaman isə Gülay göz yaşlarını saxlaya bilməyib. Verilişin çəkiliş komandası ilə birlikdə müğənni babasının məzarını ziyarət edib.
Qeyd edək ki, Gülay Zeynallı qalmaqallı idmançı Kamil Zeynallının həyat yoldaşıdır. Bir müddət əvvəl Kamil Zeynallı jurnalistləri təhqir etdiyi üçün polis bölməsinə çağırılıb və "Instagram” səhifəsini bağlayıb.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub