Cazibədar model və aktrisa Əfsanə Qasımova xəstəxanalıq olub.
Mynews.az bildirir ki, yenicag.az-ın əldə etdiyi məlumata görə, gecə saatlarında vəziyyəti pisləşən model xəstəxanaya yerləşdirilib.
Açıqlama verən Ə. Qasımova xəbəri təsdiqləyib və hazırda həkim nəzarəti altında müalicə olunduğunu deyib:
"Gecə halım qəfildən pisləşdi. Məndə boğulma baş verdi və bayıldım. Anam həmin vaxt təcili tibbi yardım maşını çağırmasaydı, yəqin indi həyatda olmazdım. Həkim vəziyyətimin kritik olduğunu bildirdi. Əvvəllər də boğulmalarım olurdu, amma belə kritik həddə çatmamışdı. Bu gün xəstəxanada müayinələrdən keçdim, nəticələr sabah bilinəcək. Hələ ki, dəqiq diaqnoz qoyulmayıb. Amma həkimlər boğulmalarımı əsəblə əlaqələndirir. Hazırda müalicə olunuram".
Qeyd edək ki, Ə.Qasımova ötən ay nişanlanıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub