Xəbər verdiyimiz kimi, Baş Prokurorluq dərman mafiyası qurmuş şəxslərin həbsi ilə bağlı məlumat yayıb. Xəbərdə bildirilirdi ki, mafiya rəhbərləri ölkədə 100-ə yaxın həkimlə əlbir olublar və onları da insanların sağlamlığını təhlükəyə atan bu prosesə cəlb ediblər. Saxta, qanunsuz, lazımsız və bahalı dərmanları xəstə insanlara satılmasına kömək edən, bu yolla böyük məbləğdə pul qazanan həkimlərin arasında tanınmış ginekoloq Natiq Məhərrəmov da yer alıb.
Mynews.az axşam.az-a istinadən xəbər verir ki, ginekoloqu tez-tez "Bizimləsən" verilişində aparıcı Zaur Baxşəliyev reklam edib.
Zaur adının bu məsələdə hallanmasına münasibət bildirib:
"İstəyirəm sizə hesabat verim. Mən həkimlərimizlə, təmənnasız müalicələr və müayinələrlə, edilən o yaxşılıqlarla bağlı hesabat verirəm. Kiməsə yaxşılıq etsəm onu heç vaxt burda nümayiş etdirmərəm ki, baxın filankəsin cibinə bu qədər pul qoydum. Bunu etmərəm. Mən vasitəçiyəm deyə onu göstərirəm ki, filankəs filankəsə yaxşılıq elədi.
Həkim bu xəstəni təmənnasız sağaltdı, baxın. Bizə bu tərəfi maraqlıdır. Bizə müraciət edən xəstələrin sağalması önəmlidir. Qalan heç nə mənə maraqlı deyil. Bizə müraciət edən insanları təhvil verirəm və sağlam alıram. O baxımdan həkimləri bura dəvət edirəm, təşəkkürümü bildirirəm. Bax bu kişidir, bunu edəni deyirəm. Anladınızmı? Sözüm anlayanlara və hara gedirsə o ünvanlaradır".
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1085 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1078 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1076 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
1046 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
1042 dəfə oxunub