Aparıcı Afaq Gəncəli sosial şəbəkədə ona təhqirlər yazan izləyicilərinə xəbərdarlıq edib.
Mynews.az-ın məlumatına görə, aparıcı onları məhkəmə ilə hədələyib. Afaq onu təhqir edən izləyicilərinin adlarını paylaşaraq bunları yazıb:
“Səhifəmdə bir dəfə bu növ xəbərdarlıq etmişdim. Buna baxmayaraq əməlləri təkrar edənlərə rast gəlirik. Bu günlər ərzində dəfələrlə təhqir yazan şəxslər rəsmi yolla tapılaraq müəyyənləşdirildi və şəxslər üzr istəyib, onları ictimaiyətə tanıtmamağımızı xahiş etdilər. Lakin yenə oldu...
Xəbər saytlarının birində mənə məxsus videonun şərhləri arasında bəzi izləyicilərin təhqiramiz şərhlərinə rast gəldik. Buradan son xəbərdarlıq olunur: Etdiyiniz şərhlərə görə üzr istəməsəniz, hər biriniz tək-tək tapılaraq məsuliyyətə cəlb olunacaqsınız. Təhqir Azərbaycan Respublukası Cinayət Məcəlləsi 148-ci maddə üzrə cinayətdir. İnstaqramda mənəm-mənəm deyib, tərbiyəsiz şərhlər yazanlar, özünüzə hörmət edin. Yazıb, sonra üzr istəməyin, şəxsiyyətinizi qoruyun”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub