Müğənni Rəqsanə 1 saylı körpələr evi ilə qızı Aysun İsmayılova arasında yaranan qalmaqala münasibət bildirib.
TopXeber.Az xəbər verir ki, sənətçi övladının etdiyi bu hərəkəti alqışlayıb: “Bütün mediaya təşəkkür edirəm. Yetimin haqqı yeyilir. Azərbaycan gəncləri belə olmalıdır. Haram yeyən insanların gözünü basıb çıxartmaq lazımdır. O ki qaldı kiminsə mənim övladımın məhkəmə ilə hədələməsinə, övladımın yanındayam. O insanlara demək istəyirəm ki, bu nə videodur? Əlimizdə çox kadrlar var. Cavab verin, niyə daşıyıb aparırsınız? Burnunuzdan gəlsin! Doymursuz məgər?! Uşaq bezləri, nə bilim, daha nələr... Geci-tezi var, burnunuzdan gələcək...
Düz etmisən qızım, halal olsun sənə! Kimin sözü varsa, məni yığsın. Mənim övladım harama göz yuma bilməz. Görün özlərini necə çamura atırlar, saytlara basqa soz deyirlər, efirlərə isə tam başqa. Təsdiq edirlər ki, biz yetimin haqqını oğurlayırıq”.
Qeyd edək ki, müğənninin qızı Aysun İsmayılova Bakıdakı 1 saylı körpələr evininin məhsullarının başqa yerə daşınması ilə bağlı sosial şəbəkədə video paylaşıb. Körpələr evinin baş həkimi Nəhayət Əliyeva yayılan məlumatın əsassız olduğunu və buna görə qarşı tərəfi məhkəməyə verəcəyini deyib.
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1085 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1078 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1076 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
1046 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
1042 dəfə oxunub