Mərhum reper Hüseyn Dəryanın həyat yoldaşı Sona İbadova və oğlu Cahangir Kənan M.M-in çəkdiyi filmin qala gecəsində iştirak edib. Ana və oğul fotokameramıza poz verib.
Yenicag.az-a açıqlama verən Sona oğlundan danışıb:
“Hüseynin ölümündən sonra bizimlə maraqlanan, kömək edən yeganə sənət adamı Kənandır. Oğluma həmişə dəstək olub. Cahangirin reper Dado ilə repləri lentə yazılıb. Gələcəkdə atasının sənətini yaşadacaq. Amma hələ ki, istəyirəm dərsləri ilə məşğul olsun. İngilis dili öyrənir, idmanla məşğul olur”.
Cahangirin atasını unuda bimədiyini deyən Sona onu tez-tez atasının qəbrinə ziyarətə apardığını bildirib:
“Cahangir atasını unuda bilmir, tez-tez deyir ki, atamı görmək istəyirəm, gedək görək. Ayda 5-6 dəfə məzarını ziyarət edirik. Cahangiri atasının məzarından ayıra bilmirəm”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub