"ARB Ulduz"un "Virtual həyat" proqramının növbəti qonağı məşhur müğənni Damla olub.
Mynews.az bildirir ki, Damla sosial şəbəkələrdə çox tez-tez gündəm mövzusuna çevrilməsindən bəhs edib:
"Yoruluram, bəzən bezirəm. "İnstagram"a girib baxıram və utanıram. Deyirəm ki, haqqımda bu qədər xəbər paylaşmayın! Çox sıxılıram. İnsanları çox bezdirirlər. Saytlara zəng edib xahiş edirəm ki, onsuz da, gerçəkləri yazmırsız, onsuz da, doğru-dürüst məlumat vermirsiz, insanları niyə məndən diksindirirsiz? Bu, məni sevindirmir ki, 24 saat məndən danışırlar. Əksinə, bu, məni sıxır. Bəzən həddi çox aşırlar".
Görüntülü müsahibə vermək məcburiyyətində qaldığını etiraf edən müğənni onun söylədiklərini bəzəyib tamaşaçının önünə qızıl sinidə gətirənlərdən şikayətləndi:
"Elə sənətçilər var ki, xahiş edirlər ki, onlardan yazsınlar. Ancaq mən and olsun ki, yalvarıram, yazmayın. Yazılı müsahibələrə güvənmirəm. Deyirəm ki, gəlin görüntülü müsahibə alın və ağzımdan çıxan kəlmələri göstərin. Dil ilə dediyim müsahibələri o qədər bəzəyib-düzəyib təqdim edirlər ki".
Damla ilə olan geniş müsahibəni bu bazar saat 13-də "Şou məkan" verilişində izləyə bilərsiz.
Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub