Tovuz rayonunun Əyyublu kəndində hər kəs Sahib İsgəndərov adına tam orta məktəbin 8-ci sinif şagirdi Abbasov İdris Faiq oğlu inşaat materialları mağazasının yanından keçərkən pul qabında 5 min manat tapıb və dərhal mağazanın sahibi Eyvaz Qocayevə məlumat verib. Eyvaz Qocayev isə sahibini taparaq pulu ona qaytarıb. Məktəblinin daha bir nəcib hərəkəti isə onun təklif olunan mükafatdan imtina etməsi olub. Qeyd edək ki, İdris Abbasov bu örnək davranışına görə Təhsil naziri Ceyhun Bayramov tərəfindən Təhsil Nazirliyinin "Təşəkkürnamə"si ilə təltif edib.
Bu gün İdris Abbasov babası ilə birlikdə Zaur Baxşəliyevin aparıcılığını etdiyi "Bizimləsən" verilişinə çıxıb. O, pulu necə tapdığı haqqında məlumat verib. Aparıcı Zaur bildirib ki, sən o, pulu qaytarmayıb özünə telefon, velosiped, planşet ala bilərdin. Bu heç ağlından keçmədimi?
Aparıcıya cavab olaraq İdris Abbasov bildirib ki, belə bir şey əsla ağlından keçməyib: “Mənə belə tərbiyə verilib. Valideynlərim hər zaman mənə bildirib ki, kiminsə halal pulunu yemək olmaz”.



1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub