Əməkdar artist Arzu Hüseynov işsizdir.
Mynews.az Ölkə.Az-a istinadən xəbər verir ki, bu barədə aktyor özü danışıb. O bildirib ki, bir neçə ildir 190 manat təqaüdlə dolanmaq məcburiyyətindədir:
"Heç yerdən təklif yoxdur. Gözümün birində problem olduğu üçün 190 manat təqaüd alıram. Elə o təqaüdlə dolanırıq. Vəziyyət çox pisdir. Əlavə gəlir yerim olmadığına görə təqaüdün ümidinə qalmışam".
Əməkdar artist onu da qeyd edib ki, ARB-də yayımlanan "Anam, bacım rus gəlin" serialına təsdiqlənsə də, son anda sponsor dəyişikliyi olduğu üçün başqa aktyor dəvət edilib:
"Rejissor Şəhriyar Zeyni məni rola təsdiqləmişdi. Sonradan sponsor dəyişikliyi oldu və onlar Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanovun çəkilməsini istədilər. Çox sevinclə, həyəcanla hazırlaşırdım. Çünki uzun fasilədən sonra çəkiliş meydançasına qayıdırdım. Ancaq çəkilməyəcəyimi öyrənəndə çox pis oldum, səhərə qədər yatmadım. Düşünürdüm ki, həm yeni rola çəkiləcəyəm, həm də müəyyən qədər qonorar alacağam".
Xatırladaq ki, Arzu Hüseynov mərhum əməkdar artist Sadıq Hüseynovun oğludur.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub