QALMAQAL Kərim Təranəni biabır etdi: 10 il susdum, bəsdir! - FOTO

1215
QALMAQAL Kərim Təranəni biabır etdi: 10 il susdum, bəsdir! - FOTO

Prodüser Təranə Səmədovanın müğənni Rəqsanə İsmayılovanın qızı Aysunun 1 saylı Körpələr Evi ilə bağlı ifşaedici videoları yaymasına, "Aysun anasının qüsurlarını çəkib göstərsin" sözləri ilə reaksiya verməsi müğənni Müğənni Kərim Abasovu özündən çıxarıb.

BAKU.WS ifaçının sosial şəbəkədə Təranə Səmədovaya ünvanladığı müraciəti olduğu kimi təqdim edir:

"Qüsur? Səmədova hansı qüsurdan danışırsan? Sənin qüsurlarını saymagla bitməz! Polislərlə içkili halda tutulanda qurşaqdan aşagı danışan kim idi, qadın? Maqazin proqramında 7 yaslı qız övladının yanında sevgililərinin adını tutub, eşq yaşadıgını bəyan edən qadın heç qızından utandınmı? Məktəbə gedən qızının hansı təpkilərlə qarşılaşacağını hec düsündünmü? İnsan alverində əli olan insan, hansı qüsurdan danışırsan? Atasız usagı dünyaya gətirib, özünə fədakar ana adı qoymaq, budumu alqışa layiq hərəkət? Ananı sevgilin tərəfindən bıçaglanmağından niyə danışmırsan ay qüsursuz insan? 

Səmədova hər halda diplomlar yadındadır. Bu qüsurdan niyə danışmırsan, ay cinayətkar? Səni mən tanıdığım qədər doğma anan tanəmər... Heç olmasa sən danışma. Çox atlanıb-düşmə. Gedib lazımı orqanlara ananla qaynatdığın zibillərdən danış, ay qüsursuz insan. Polislərə yalançı şahid qismində yazdığın ərizələrdən danış... Yüzlərlə insanların haqqına girməyindən danış, ay qüsursuz insan. Mənə görə etmədiyin və getmədiyin cadu qapısı qalmadı... Dağıtdığın evlərdən danış. Sən Allahın suyuna şər atan bəndə, niyə bundan danışmırsan? 

Kərimin övladı olsa başımı demişdin, nə oldu? Övladım da oldu... Qızın dünyaya gələndə efirə çıxib dedin ki, qoy bu Kərimə göz dağı olsun. Ay Səmədova, mənimsə oğlum oldu, qoy bu sənə göz dağı olsun. Bil və yadında saxla, mənim oğlum vaxt gələcək, bütun qisasımı necə lazımdırsa, alacaq. İndi görüm kim kimə göz dağı olacaq. Bil, yadında saxla, bu həyatda üç nəfərə halallıq verməyəcəm. Bunlardan ən birincisi sənsən. Allah sənin kimi şeytan bəndələrinə lənət etsin. Heç kimin balasının qabağına sənin kimi şeytan çıxarmasın. Sənin yıxdığın evləri hələ fələk də yıxmayıb, ay qüsuesuz insan! Lazı olsa, lazımı orqanlara sənin qaynatdığın zibillərdən ərizə formasında yazacam. Bax, gör ondan sonra nələr olacaq. 10 il susdum, bəsdir! Məni əxlaqsız, şərəfsiz etdin, mən susdum. Allaha təvəkkül edib, ona pənah aparıb, səni ona tapşırdım. İndi baxıram sənə və deyirəm, Allah heç kəsin ağlını başından almasın, necə ki, səninkini alıb... Allah ürəkləri biləndi... Ona görə də sənin ürəyinə görə verir. Ay camaat, indi bilin ki, bunun ürəyi və niyyəti nədir ki, Allah buna bu qədər çəkdirir".


 

Xəbər lenti