“Xoşbəxtəm ki, o insanla Akademik Milli Dram Teatrında eyni səhnəni bölüşmək mənə nəsib olub”.
Bu sözləri publika.az-a açıqlamasında Fuad Poladovun Akademik Milli Dram Teatrında sonuncu oynadığı “Müsyö İbrahim və Quran çiçəyi” tamaşasında tərəf müqabili olan Murad İsmayıl deyib.
O, ustadının ölümündən sarsıldığını bildirib:
“Biz bilirdik ki, o, ağır xəstəlikdən əziyyət çəkir, amma yenə də inanırdıq ki, Fuad bəy kimi güclü insan buna qalib gələcək və tezliklə sağalacaq. Aktyorun səsinin xəstəlikdən batdığını biləndə də şok keçirmişdik.
Xoşbəxtəm ki, o insanla Akademik Milli Dram Teatrında eyni səhnəni bölüşmək mənə nəsib olub. Böyük şəxsiyyət idi, ona həmişə ustadım demişəm. Ümumiyyətlə, aktyor kimi ondan çox şey öyrənmişəm. Sonuncu tamaşada bilirdik ki, Akademik Milli Dram Teatrından gedir. Mehriban xanımla danışmışdıq ki, tamaşa bitəndə biz kənara çəkilək, o, tək qalsın. Amma icazə vermədi, əlimi bərk-bərk sıxdı. O qədər qürurlu insan idi, teatrdan getmək istəməsə də, qalmağı özünə sığışdırmadı”.
Aktyor F.Poladovla tez-tez telefonla danışdığını deyib: “Xəstəliyi və ağrıları ilə oynamağı, zarafat etməyi bacarırdı. Tanıdığım ideal aktyor idi. Məncə, aktyorlar atasız qaldı. Azərbaycan kino və teatrına bir də onun kimi dahi şəxsiyyət gələcəkmi? Bax, bu sual məni düşündürür... Allah ona rəhmət eləsin”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub