Amerikalı aktrisa və müğənni Peris Hiltonun açıq-saçıq fotoları və 120 min dolları oğurlanıb.
Mynews.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin erməni əsilli haker Peytsar Bxçadjyan tərəfindən törədildiyi üzə çıxıb. Belə ki, o, 2015-ci ildən 2017-ci ilə qədər Hiltonun hesabına və “iCloud”a daxil olub. Fırıldaqçı qadın bank kartlarının köməyi ilə Hollivudun “Ruzvelt” mehmanxanasında nömrə icarəyə götürüb. Onda müğənni təxminən 40 min dollar itirib. Daha sonra o, Hiltonun adından aktrisanın köməkçisinə kənar hesaba 80 min dollar köçürməyi xahiş edib.
Cinayətkar Peris Hiltonun intim şəkillərini də əldə edib. Ancaq onun bu fotolarla nə etdiyi dəqiq məlum deyil.
Erməni əsilli haker 2017-ci ildə tutulub. Məhkəmə sabah onun barəsində hökm çıxaracaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub