Tanınmış teleaparıcı Elçin Əlibəylinin "Space" Televiziyasında yayımlanan "El bizim, sirr bizim" adlı verilişində müğənni Maral Tahirqızı ilə yaşanan qalmaqal cəmiyyətdə birmənalı qarşılanmayıb. Buna görə, aparıcı sosial şəbəkədə kəskin iradlara məruz qalıb.
Mynews.az Sonxeber.az-a istinadən bildirir ki, aparıcının həyat yoldaşı, eyni zamanda verilişin baş redaktoru Dilrubə Əlibəylinin (Dilrubə Vaqifzadə) həyat yoldaşına tutulan iradlardan birinə yazdığı cavabla diqqət çəkib.
"Ey demokrat Elçin bəy siz Maral Tahirqızını efirə dəvət edəndə tanimirdiniz kimdir?Bir Azərbaycan qadınını efirdə milyonlarla insanın qarşısında alçaltmaq nə deməkdir?Bilirəm rəyimi siləssiniz ona gorə demokrat yazıram.Bu etdiklərinizi Elzaya və yaxud Tolik və Samirə niyə etmirsiniz?Yoxsa onların krişasi var deyə?Vallah reytinq xətrinizə ağlınıza gələni edirsiniz.Maralı heç günahım qədər istəmirəm amma gəlin real danışaq.Kəraməti çağırıb elə biabır edə bilərsən?Vallah ayıbdır özünüzə hormət qoyun,ozunuzə hormət qoymursunuz barı izləyicilərinizə hörmət qoyun", sözlərinə aparıcının xanımının şərhi diqqət çəkib.
Aparıcının Aslan Gurbanəli adlı izləyicilərindən birinin yazdığı şərhi olduğu kimi təqdim edirik:


1
İlham Əliyev 85 milyon vəsait ayırdı - SƏRƏNCAM
836 dəfə oxunub
2
Keçmiş icra başçısı vəfat etdi
819 dəfə oxunub
3
Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR
807 dəfə oxunub
4
Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq
805 dəfə oxunub
5
Əməkdar artisti Əli Əliyev vəfat edib
804 dəfə oxunub