Müğənni Damla bir müddət əvvəl açıqlamasında bildirib ki, həmkarlarından biri ona Moskva toylarında qadağa qoydurub.
Mynews.az-ın məlumatına görə, “5/5” verilişinin qonağı olan sənətçiyə aparıcı Zaur Kamal bununla bağlı sual ünvanlayıb.
İfaçı “Damla deyir ki, Rəqsanə mənə Moskava toylarında qadağa qoydurub” sözlərinə belə cavab verib:
“Moskva merinin adamıyam. Damlanın Rusiyaya girişinə mən qadağa qoydurmuşam. Belə, əcəb də etmişəm. Hələ üç-dörd nəfərə də qadağa qoyduracağam”.
Müğənnin qızı Aysun isə aranı sakitləşdirmək üçün anasının zarafat etdiyini söyləyib. Rəqsanənin həmin an çəkilən videosu sosial şəbəkədə yayılıb.
Qeyd edək ki, bundan əvvəl müğənni xatun da Rəqsanənin ona Moskva toylarında qadağa qoydurduğunu söyləmişdi.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub