Hazırda müalicə olunuram və özümü yaxşı hiss edirəm.
Mynews.az xəbər verir ki, bunu report-a açıqlamasında xeyli müddətdir səhhətində problemlər olan xalq artisti Könül Xasıyeva deyib.
O, səhhəti ilə bağlı həqiqətə uyğun olmayan xəbərlərin yayılmasından narazılığını bildirib: "Artıq iki dəfə ölüm xəbərim yayılıb. İki dəfə keçdim, görməzdən gəldim. Amma bir daha belə olmayacaq. Əgər haqqımda bir daha əsassız xəbər yayılarsa, bununla bağlı müvafiq orqanlara müraciət edəcəm. Qanunlarla idarə olunan dövlətdə yaşayırıq. Bundan sonra məsələni hüquqi müstəvidə həll edəcəm".
Xalq artistinin sözlərinə görə, hazırda özünün və oğlu Kazımın müalicəsi davam edir: "Hər şey qaydasındadır".
Qeyd edək ki, Könül Xasıyeva sinir ağrılarından əziyyət çəkir. O, bir müddət əvvəl Respublika Klinik Xəstəxanasının Nevrologiya şöbəsində müalicə alıb və hazırda ev şəraitində müalicəsi davam edir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub