2011-ci ildə duet ortağı Eldar Qasımovla birlikdə Azərbaycana “Eurovison” qələbə sevincini yaşadan Nigar Camal builki təmsilçimiz Aysel Məmmədovanın final keçə bilməməsinin səbibini açıqlayıb.
Mynews.az publika.az-a istinadən xəbər verir ki, Nigar Camal Ayselin komandasının güclü olmadığı fikrini irəli sürüb:“Çox təəssüf edirəm, lakin dərhal hiss olunur ki, nömrə üzərində "Euromedia" çalışmayıb. Aysel çox istedadlı və gözəl qızdır, onun növbəti mərhələyə keçmək üçün şansları çox idi. Hesab edirəm ki, Ayselin finala keçə bilməməsinin günahı müğənnidə deyil, onun komandasındadır. Mahnı pis deyil, lakin Mayli Sayrusun "Wrecking Ball" kompozisiyasına bənzəyir. Səhnə nömrəsi isə mənə "Euphoria" mahnısını xatırlatdı, amma daha çox xam versiyasını. Bizim qıza görə çox mütəəssir oldum”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub