Əməkdar artist Röya Ayxan “Analar günü” münasibətilə anasını təbrik edib.
Mynews.az-ın məlumatına görə, sosial şəbəkədə valideynlərinin fotosunu paylaşan Röya yazıb:
“Canım anam, bu gün sənin günündür. Arada yola getməsək də... Bəlkə də qısqanclıqdandır, səni məndən başqa 3 uşağa qısqanıram. Hər zaman “Qanmadılar, balacadırlar, sən böyüksən, anasan, bacısan” deməyindən... Bəlkə də, arada mən də uşaq olmaq istəyimdən. Amma bu gün möhkəmliyimi, sağlam ailəmi sənə borcluyam, qürur mənbəyim. Səni bir daha təbrik edirəm.
Baxmayaraq, ayrı yaşayırsız, dedim, birlikdə olan şəklinizi paylaşım. Biz sizi bir yerdə daha çox sevirik. Bütün anaları təbrik edirəm. İncəsənətdə olan anaları unutmadan, hamını, hər kəsi”.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub