“Rusiyada yəhudilərin bütün toylarında iştirak edirəm. Onlar mənə övladlarımı dolandırmaq üçün ruzi verirlər. Onlar toya məni çağırırlar, deyim başqasını dəvət edin?”.
Mynews.az-ın məlumatına görə, bu sözləri müğənni Rəqsanə İsmayılova rejissor Nail Naiboğlunun “Stop” layihəsində deyib. O bildirib ki, hər janrda mahnı oxumaqla məşhurlaşıb:
“Emin Kəriminin də bəstəsini ifa etdim, “İnanırım” da oxudum. Məni qara camaat sevdi, qəbul etdi. Bu gün bəyənilməyən qara camaatın Rəqsanəsi oldum. İndi təbəqələrə bölürlər, "elit təbəqə" deyirlər”.
Əkiz uşağa hamilə olan Rəqsanə bunu həyat yoldaşının istəyi ilə etdiyini söyləyib:
“Həyat yoldaşımı həddindən artıq istəyirəm. Həm dost, həm həyat yoldaşı, həm də övladlarıma arxa çıxan biridir. Hamilə qalmaqla onun arzusunu yerinə yetirirəm.
İndiyənə kimi hər şeyi tək etmişəm. Gördüyüm əziyyətə heç bir kişi də dözməzdi. Nə atam, nə qardaşım arxamda olmayıb. İndikilərin hərəsini bir kişi saxlayır. Məni saxlayan kişi də olmayıb. Elə çətinliklərim olub ki… Anama demişəm ki, bizim qohumlarımız da qırılıblar? Hər qadına ailə lazımdır. Durduğum yerdə 35 yaşında ailə qurmadım ki… Qızlarım üçün ailə qurdum. Onların gələcəyi, ərə getməyi var. Düşündüm ki, övladlarıma ata lazımdır.
Ətrafımdakı qeyrəti olmayanlara görə Moskvaya getdim. İndi onların başına mənə etdikləri gəlir”.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub