Ötən həftə Şəkiyə konsert verməyə gələn türkiyəli müğənni Petek Dinçözə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov torpaq sahəsi hədiyyə edib.
Mynews.az xəbər verir ki, bu barədə sənətçi “ATV maqazin onlarla” proqramına açıqlama verən müğənni icra başçısının ona söz verdiyini deyib.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun köməkçisi Yusif Məmmədov yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:
“Həmin videonu görmüşük. Lakin bu məlumatlar yalandır və həqiqəti əks etdirmir. Xəbər təkzib olunub. Torpağın mülkiyyətçisi bələdiyyədir. İcra hakimiyyəti olaraq bələdiyyənin yerinə hər hansısa söz deyə bilmərik. Bu səbəbdən də icra başçısı bu mülki kiməsə bağışlaya bilməz. Həmçinin xarici vətəndaşlara torpaq satışı qanunla qadağandır.”
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub