Tanınmış aparıcı İlkin Həsəni köprə uşağı olan valideynlərə xəbərdarlıq edib və qarşısına çıxan xarab uşaq qidası ilə bağlı məlumat verib.
Mynews.az xəbər verir ki, iki aylıq qızı Alisaya “Aptamil” uşaq qidası alan aparıcı yeməyin yararsız olduğunu görüb.
O, aptekə müraciət edib qidanı qaytarmaq istəsə də, bu cəhdi uğursuzluqla nəticələnib.
Həsəni bu barədə “Facebook” hesabında yazıb:
“Bu yaxınlarda Hökumət Evinin arxasında yerləşən mərkəzi aptekdən Almaniya istehsalı olan “Aptamil” uşaq qidası aldım. Bundan öncə də bu qidadan istifadə etdiyimiz üçün bu bağlamanı açanda xoşagəlməz qoxunu və bağlamadakı şişkinliyi hiss edib qidanı geri qaytarmaq istəsəm də, alınmadı”.
Həsəni bildirib ki, qutu bir neçə gün aptekdə qalsa da, aptekin işçiləri hər şeyin qaydasında olduğunu deyiblər:
“Qutu bir neçə gün aptekdə qaldıqdan sonra “Biz firmaya göndərdik, onlar da dedi ki, hər şey qaydasındadır” cavabını aldım. Eyni qidanı Alman aptekindən aldım, qoxusunda yerlə göy qədər fərq var.
İndi siz mənə deyin, görüm, bu qidanı hansı laboratoriyada yoxlatdıra bilərəm? İnanın ki, bəlkə də, mənim özümə saxta və ya vaxtı keçmiş dərman satsaydılar, heç vaxt bu haqda yazmazdım, amma məsələ uşaqdırsa və onun qidasıdırsa, o zaman başqa məsələ!”
Qeyd edək ki, analoji hadisə barədə sosial şəbəkələrdə zaman-zaman belə məlumatlar yayılır.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub