"Türkiyəli müğənni Pətək Dinçöz Şəkidəki konsertə heç bir qonorar istəmədən gəlib və tam pulsuz şəkildə konsert verib".
Mynews.az xəbər verir ki. bu sözləri azxeber.com-a açıqlamasında Şəkidəki konsertin təşkilatçılarından olan Pərviz Sultansoy deyib.
O deyib ki, Pətək Dinçöz ulu öndər Heydər Əliyevin sayğısından dolayı Şəkidə pulsuz konsert verib: "O konsertin ulu öndərin əziz xatirəsinə həsr olunduğunu eşidən kimi dedi ki, heç bir qonorara ehtiyac yoxdur. Tam pulsuz şəkildə konsert verəcəm".
Pərviz Sultansoy deyib ki, Pətək Şəki şəhərini çox sevib: "Pətək xanım Şəkiyə aşiq olduğunu dedi. Şəhərə gələn kimi həyat yoldaşına zəng elədi və şəhəri ona göstərdi. Həyat yoldaşına dedi ki, burada ev almaq lazımdır, o da razılaşdı. Daha sonra icra hakimiyyətinin nümayəndələrinin biri ilə söhbətində bunu dilə gətirdi və həmin şəxs də buna etiraz etmədi. Ancaq bu məsələdən Elxan Usubovun məlumatı olmayıb. Pətək sadəcə olaraq konsertə pulsuz gəldiyinə görə, sonradan icra nümayəndəsindən torpaq istəyib".
Pərviz Sultansoy həmçinin deyib ki, Şəkidə müğənniyə şəki halvası, şəki kalağayısı və müxtəlif şirniyyatlar hədiyyə olunub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub