Rəqqasə Oksana Rəsulovanın süni mayalanma yolu ilə hamilə qalması xəbəri bir çox məşhurların qalmaqallı açıqlamalarına səbəb oldu.
Mynews.az xəbər verir ki, Oksananı qınayıb, ittiham edənlərlə yanaşı, onu bu addımına görə dəstəkləyən məşhurlar da az olmadı.
Bu gün prodüser, aparıcı Tolik (Tarix Əliyev) "Hər şey daxil"in efirində Oksanaya dəstəyini nümayiş etdirib:
"Süni mayalanma Azərbaycanda yeni olduğu üçün kəskin reaksiyalar olur. Bilirik ki, Oksana Rəsulova süni mayalanma nəticəsində övlad dünyaya gətirmək istəyir. Hansısa aparıcılar çıxıb, ona irad bildirirlər ki, bu uşaq atasız böyüyəcək, nə bilim nə..! Bu, dünyada var. Nə Oksana Rəsulova Filip Kirkorovdan böyük insandır, nə də ki Ronaldodan böyük bir insan deyil. Amma bir insan əgər belə yaşamaq istəyirsə, etsin. Bu gün şou-biznes elə bir meydandır ki, ailə qurub ayrılırlar, vay. Arvad alırlar pis çıxır, vay. Deyirlər yalandan evləndi. Bu xanım da fikirləşdi ki, mən bir dəfə Elşad Xose ilə ailə qurdum, övladım olmadı. İndi mən istəmirəm kiminləsə ailə qurum, həyatımı övladıma həvalə etmək istəyirəm. Mən süni mayalanma ilə övlad istəyirəm. Bunu niyə qınaq obyektinə çevirib, reklam qazanırsınız ki, özünüzə? Birinci Allahdan qorxun. Süni mayalanmanı da yaradan Allahdır. Bu, Allahın rizası ilə olan bir şeydir. Gəlin Allahın işinə qarışmayaq".
Qeyd edək ki, aparıcı İlqar Mikayıloğlu rəqqasəninin bu xəbərinə ən sərt reaksiya verən məşhurlardan oldu. Aparıcı sosial şəbəkə hesabında Oksananın süni mayalanma yolu ilə hamilə qaldığı barədə xəbəri "Qadın atasız süni mayalanma ilə uşaq dünyaya gətirir. Və ya kiminləsə yatır, adını qoyur ki, süni mayalanma elədim" sözləri ilə şərh edib.