Bir şirkətin dəvəti ilə Dubaya gedən aktyor Kadir Doğulu orada qaydaları pozduğu üçün polis tərəfindən saxlanılıb.
Mynews.az-ın məlumatına görə, ilk olaraq hava limanında hərəkət qaydasını pozan aktyor polis tərəfindən saxlanıldıqdan sonra ona qarşı qeyri-insani davranış sərgilədiklərini deyib.
Daha sonra isə o, pasportunu verməkdən imtina etdiyi üçün hava limanında 4 saat saxlanılıb. Kadir yaşadıqlarını sosial mediada qeyd edib:
"...Mən bu qədər kompleksli bir polis heyəti görməmişəm. Sadəcə "Fast track" (Sürətli keçid) xəttindən bir az kənara çıxdıq deyə kartlarımız əlimizdən alındı. Təhqir edildik, üzümüzə heç baxmadılar. Bircə söyülmədiyimiz qaldı. Dubay hava limanındakı polislər mənə ibtidai məktəbdəki müəllimləri xatırlatdı: Danışma, gülmə, baxma, durma... İnanılmazdır... 4 saat sonra çıxa bildik hava limanından. Səbəbini tam bilmirik. Sonra gəlib üzr istədilər..."
Axşam.az
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub